"Sivasspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Superliqa klubu Servet Çetinlə anlaşıb.
Gənc mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb. Bu, 42 yaşlı veteran futbolçunun baş məşqçi kimi ilk sınağı olacaq.
Çetin "Denizlispor", "Fənərbaxça", "Sivasspor", "Qalatasaray", "Eskişehirspor" klublarında oynayıb.
saytlarin hazirlanmasi