Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini İsmail Kartal çalışdıracaq. Bu barədə "sarı-lacivərtlilər"in mətbuat xidməti məlumat yayıb. 62 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İsmail Kartal 2014-2015 və 2022-ci ildə "Fənərbaxça"nın baş məşqçisi olub.
saytlarin hazirlanmasi