"Trabzonspor" Xorvatiya millisinin üzvünü transfer edib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi "Sauthempton"dan Mislav Orşiçlə güclənib. 30 yaşlı futbolçu ilə 2+1 illik müqavillə imzalanıb. "Trabzonspor" xorvata görə İngiltərə klubuna 2,4 milyon avro ödəyəcək.
Əlavə edək ki, Orsiç Türkiyə klubunun hazırkı baş məşqçisi Nenad Byelitsanın şəxsi istəyi ilə transfer edilib.
saytlarin hazirlanmasi