Bir zamanlar "Qarabağ"da çalışmış Önder Karavelinin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis Türkiyə II Liqasında çalışacaq. O, "68 Aksaray Belediyespor"un baş məşqçisi təyin olunub. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.
saytlarin hazirlanmasi