Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi Mark Bartra ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Super Liqa təmsilçisi ispan müdafiəçinin 2025-ci ilin yayında başa çatan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. 32 yaşlı arxa xətt oyunçusuna 1 milyon avro təzminat ödəniləcək.
Qeyd edək ki, "Trabzonspor" Mark Bartranı 2022-ci ilin yayında "Betis"dən transfer edib. İspaniya millisinin sabiq üzvü "bordo-mavilər"in heyətində meydana çıxdığı 40 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi