“Qalatasaray” "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Fredi almaq istəyir.
Sportal.az “Fanatik”ə istinadən xəbər verir ki, Türkiyə klubu artıq “qırmızı şeytanlar”a təklif göndərib. Amma ingilislər bu təklifi geri çevirib. Buna səbəb isə məbləğin aşağı olmasıdır.
"Fulhem" və Səudiyyə Ərəbistanı çempionatının klublarının da transfer siyahısında olan braziliyalının “Qalatasaray”a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
2018-ci ilin yayından “Mançester Yunayted”də oynayan 30 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.
saytlarin hazirlanmasi