Türkiyə Super Kuboku matçının Azərbaycanda keçiriləcəyi iddia olunur.
Sportal.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məsələ ilə bağlı "Qalatasaray"ın baş məşqçisi Okan Buruk açıqlama verib. 49 yaşlı mütəxəssis belə fikrə müsbət yanaşdığını bildirib:
"Türkiyə Super Kubokunun harada oynanılacağı bəlli deyil. Azərbaycanda keçirilsə, sevə-sevə orada bir Super Kubok sevinci yaşamaq istəyərik".
Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda "Qalatasaray" və "Fənərbaxça" üz-üzə gələcək. Türkiyə Futbol Federasiyası (TFF) qarşılaşmanın qış fasiləsində baş tutacağını açıqlayıb. Lakin oyunun dəqiq vaxtı və məkanı barədə məlumat verilməyib.
saytlarin hazirlanmasi