"Qalatasaray"ın qapıçısı Fernando Muslera növbəti mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Erdem Timur məlumat verib. Klub rəsmisi 2023/2024 mövsümünün uruqvaylı qolkiper üçün sonuncu olacağını bildirib:
"Muslera 13 ildir "Qalatasaray"dadır. O, klub tarixinin ən önəmli fiqurlarındandır. Bu mövsüm onun üçün sonuncudur. Hər futbolçu yaşı artdıqca gələcəyi ilə bağlı planlar qurur".
Qeyd edək ki, "Qalatasaray" Fernando Musleranı 2011-ci ilin yayında "Latsio"dan transfer edib. 37 yaşlı qolkiper "sarı-qırmızılar"ın heyətində 457 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi