Yeni transfer zədələndi: Uzun müddət oynamayacaq

17:50 - 28 İyul 2023

"Trabzonspor"un futbolçusu Mislav Orşiç uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Sportal.az xəbər verir ki, komandanın məşqi zamanı zədələnnə xorvatiyalı vingerin diz çarpaz bağları qopub. 30 yaşlı ön xətt oyunçusu bu gün əməliyyat olunub.

Xorvatiya milli komandasının üzvü mövsümün ilk yarısında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Trabzonspor" Mislav Orşiçi bir neçə gün öncə "Sauthempton"dan transfer edib.

Xəbər xətti