Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Atalay Babacanla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Atalay Babacan "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü son mövsümü icarə əsasında "Sarıyer" klubunda keçirib.
saytlarin hazirlanmasi