Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Mert Günokla "nikah təzələyib". Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı qolkiper 2025-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.
Qeyd edək ki, "Beşiktaş" Mert Günoku 2021-ci ilin avqust ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü "ağ-qaralar"ın heyətində 30 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi