Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" cəza ala bilər.
Sportal.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin azarkeşlərinin davranışlarıdır.
Fanatlar Konfrans Liqası II təsnifat mərhələsinin "Tirana" ilə səfər matçında (2:0) meydana pirotexniki vasitələr atıblar. Buna görə qarşılaşma 15 dəqiqə gec başlayıb.
"Beşiktaş" azarkeşləri daha əvvəl də avrokubok matçlarında eyni hərəkərləri edib və həmin zaman UEFA kluba pul cəzası verib. Bu dəfə daha ağır cəza veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda baş tutacaq.
saytlarin hazirlanmasi