Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Raşid Qezzal sıradan çıxıb. Zədəsini yeni sağaldan əlcəzairli vinger məşq zamanı yenidən zədələnib.
31 yaşlı ön xətt oyunçusu növbəti həftə məşqlərə başlayacaq. Onun Azərbaycan təmsilçisinə qarşı ilk matçı buraxacağı dəqiqdir. Təcrübəli futbolçunun cavab görüşünə kimi hazır olacağı gözlənilir.
Digər zədəli futbolçu Cenk Tosun isə artıq kollektivlə birlikdə məşqlərə başlayıb.
Qeyd edək ki, "Neftçi" ilə "Beşiktaş" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra İstanbulda baş tutacaq.
saytlarin hazirlanmasi