"Beşiktaş"ın futbolçusu Salih Uçan Avropa Konfrans Liqası III təsnifat mərhələsinin "Neftçi" ilə ilk matçından öncə mətbuat konfransında iştirak edib.
Sportal.az 29 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- Sizi necə oyun gözləyir? Bu mövsüm Konfrans Liqasındakı məqsədlər nədən ibarətdir?
- "Tirana"ya qarşı yaxşı oynadıq. İndi "Neftçi" ilə səfərdə oynayacağıq. İstəyirik ki, yaxşı nəticə qazanaraq mərhələ adlayaq. Hədəfimiz "Beşiktaş"ın layiq olduğu yerə çatmaqdır. Qruplara qalmaq, qrupdan çıxmaq, hamısına addım-addım getmək istəyirik.
- Türkiyə klubları avrokuboklarda özlərindən kiçik klublarla qarşılaşanda yuxarıdan aşağı baxırlar və bunun fəsadlarını yaşayırlar. Bu cütdə belə şey gözlənilir?
- Biz belə baxmırıq. Hər oyun çox çətindir. Kubokda ilk matçda 0:2 uduzduq, sonradan qalib gəldik. "Konyaspor"u 2:0 udurduq, amma 2:3 hesabı ilə məğlub olduq. Futbol çox çətindir.
Mirbağırağa
saytlarin hazirlanmasi