Ötən mövsüm icarə əsasında "Səbail"də oynamış Maksim Çexin yeni komandası bəlli olub.
Sportal.az xəbər verir ki, ukraynalı futbolçu yayda müqavilə ilə məxsus olduğu "Şaxtyor"a qayıdıb.
Əslində, Şahin Diniyev onu yenidən sərəncamında görmək istəyib. Lakin maliyyə məsələlərində razılıq əldə edilməyib.
Çex yeni mövsümə Ukraynada başlayacaq. O, birinci liqada mübarizə aparan "Karpatı" ilə müqavilə imzalayıb.
saytlarin hazirlanmasi