"Sevilya"nın prezidenti Xose Kastro PSJ-nin sabiq müdafiəçisi Serxio Ramosun kluba mümkün qayıdışından danışıb.
Sportal.az xəbər verir ki, "Marca"ya danışan klub rəhbəri təcrübəli futbolçunun "Sevilya"ya dönəcəyi ilə bağlı yayılan transfer xəbərlərini yalanlayıb:
"Bu haqda daha nə deyəcəyimi bilmirəm. Serxio Ramosla heç bir danışığımız olmayıb. Heç vaxt belə variant da yox idi. Çünki Ramos hazırda bizə uyğun deyil. Ramos "Sevilya"ya keçmək istəyir? Mən də təyyarə istəyirəm, gəlin onu alaq".
Ramos 2004-2005-ci illərdə “Sevilya”nın formasını geyinib və daha sonra “Real”a keçib.