"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq heç vaxt Kataloniya klubundan ayrılmaq istəmədiyini bildirib.
Sportal.az xəbər verir ki, “Mundo Deportivo”ya danışan niderlandlı futbolçu karyerasının sonuna qədər “Barsa”da qalmaq istədiyini söyləyib:
"Barselona" sevdiyim klubdur. Bütün həyatımı burada keçirmək istəyirəm. Ötən yay klubun maddi durumuna baxmayaraq, ayrılmaq barədə heç vaxt düşünmədim. Uşaqlıqdan "Barselona"ya azarkeşlik etmişəm. Bu, mənim xəyallarımdakı klubdur".
26 yaşlı yarımmüdafiəçi “Barselona”ya 2019-cu ildə "Ayaks"dan keçib. Kataloniya klubu niderlandlı yarımmüdafiəçi üçün 86 milyon avro ödəmişdi. Böhran zamanı "Barselona" onu satmaq istəsə də, futbolçu maaşının azaldılmasına razı olmuşdu. De Yonqun komanda ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
saytlarin hazirlanmasi