Azərbaycan yığmasının forvardı Türkiyədə özünə komanda tapdı

14:51 - 16 Avqust 2023

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının forvardı Muhammed Mustafa Yıldırım özünə yeni komanda tapıb.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı forvard mövsümə məxsus olduğu “Çorum”da başlamayacaq.

Belə ki, o, oynamaq şansının az olacağını əsas gətirərək klubdan onu icarəyə vermələrini xahiş edib. “Çorum” rəhbərliyi də onun istəyinə qarşı çıxmayıb. Mustafa 2023/2024 mövsümünü “Iğdırspor”da keçirəcək. Adıçəkilən klub Türkiyə ikinci liqasında mübarizə aparır.

“Alanyaspor”un yetirməsi olan yığmamızın üzvü “İstanbulspor”, “Pazarspor” komandalarında forma geyinib.
 

Xəbər xətti