"Obolon"da yavaş-yavaş oynamağa başlamışam. Şadam ki, bu kluba keçdim. Əslində, bir neçə təklifim var idi. Azərbaycandan da təklif göndərən komanda oldu. Lakin sonda seçimimi hazırkı klubumdan yana etdim".
Bu sözləri Sportal.az saytına açıqlamasında Dmitri Nağıyev deyib. Ukraynanın Premyer Liqa klubuna keçən azərbaycanlı futbolçu yeni komandasındakı məqsədlərindən söhbət açıb: "Təbii ki, məqsədim yeni komandama kömək etmək, eyni zamanda da futbolçu kimi inkişaf etməkdir. Uğurlu nəticələr qazanmaq istəyirik. Kollektivdə rəqabət də yüksəkdir".
27 yaşlı müdafiəçi Azərbaycanın U-21 yığmasında çıxış edib. O, əsas millimizin formasını geyinmək istədiyini söyləyib: “Azərbaycan millisində oynamaq istəyirəm. Mənə dəvət olmamasının səbəbini isə bilmirəm. Hər halda, bunu Canni De Byazi daha yaxşı bilər. Mən yalnız öz işimi görməyə çalışıram. Dəvət edərlər, gəlib kömək edərəm".
Mirbağırağa
saytlarin hazirlanmasi