"Norviç"in qapıçısı Tim Krul beş illik aradan sonra komandasını dəyişəcək.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, 35 yaşlı qapıçı “Luton Taun”a keçməyə yaxındır. Tərəflər transferin bütün detalları ilə bağlı tam razılığa gəliblər. Krulun yeni komandası ilə müqavilə imzalamaq üçün tibbi müayinədən keçdiyi bildirilir.
Müqavilə yaxın günlərdə rəsmən elan olunacaq. 2022/2023 mövsümündə Krul "Norviç"in heyətində bütün yarışlarda 17 oyuna çıxıb. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Niderland millisinin üzvü “Nyukasl”, “Falkirk”, “Ayaks”, “Brayton” komandalarının qapısını qoruyub.
saytlarin hazirlanmasi