"Qarabağ" "Helsinki"ni keçərsə, bu komanda ilə qarşılaşacaq

10:13 - 16 Avqust 2023

"Qarabağ" Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Helsinki" səddini keçərsə, pley-off mərhələsində hansı komanda ilə qarşılaşacağı dəqiqləşib.

Sportal.az xəbər verir ki, ÇL-in üçüncü təsnifat mərhələsində "Qalatasaray" səddinə ilişən "Olimpiya" (0:3, 0:1) avrokuboklardakı mübarizəsini AL-də davam etdirəcək. 

Ağdam təmsilçisi Finlandiya çempionunu mərhələdən uzaqlaşdırarsa, Avropa Liqasının pley-off mərhələsində məhz "Olimpiya"(Lyublyana) önünə çıxacaq. İlk qarşılaşma avqustun 24-ü Sloveniyada, cavab görüşü avqustun 31-də Bakıda keçiriləcək. 

Qeyd edək ki, "Qarabağ" Bakıda "Helsinki"yə 2:1 qalib gəlib. 

Xəbər xətti