"Beşiktaş" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin cavab oyununda "Neftçi"ni 3:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin ilk qolunun müəllifi Vensan Abubakar matçdan sonra açıqlama verib. Kamerunlu forvard xarakter göstərdiklərini bildirib:
"Komanda yoldaşlarıma təşəkkür edirəm. Geridən gəldik və çox böyük komanda ruhu göstərdik.İlk hissəni məğlub tamamladıq. İkinci yarıda xarakter göstərdik və çox istəkli oynadıq. Qələbə qazanmağı bacardıq. Önümüzdəki matçlar üçün yaxşı nümunə oldu. Xoşbəxtik. Mən lider deyiləm. Komanda yoldaşlarıma, gənc oyunçulara əlimdən gələn köməyi etməyə çalışıram. Komandanın bir parçasıyam".
saytlarin hazirlanmasi