Serbiyanın "Partizan" klubunun qapıçısı Aleksandr Yovanoviç Konfrans Liqasının təsnifat mərhələsinin 3-cü turunun cavab oyununda "Sabah" üzərində qazanılan qələbəni (2:0, ilk oyun - 0:2) şərh edib.
Sportal.az xəbər verir ki, “Sportal.bg” portalına danışan qapıçı pley-off mərhələsinə vəsiqə qazandıqlarına görə şad olduqlarını deyib: "Sabah"la oyundan əvvəl komanda yoldaşlarıma hələ ki, heç nəyin bitmədiyini demişdim. Bilirdim ki, bu komandanı məğlub edib Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazana bilərik. Şadam ki, bacardıq. Mən həyatımda heç vaxt belə hisslər yaşamamışam".
Belqrad təmsilçisinin qapıçısı oyunsonrası penaltilərdə (5:4) Namik Ələsgərovun zərbəsini dəf etməsi haqda isə bu cür danışıb: "Namik Ələsgərovun hansı istiqamətə vuracağını bilirdim. Çünki o, həmişə sağ küncə zərbə endirir. İlk uğursuz cəhddən sonra bəzi futbolçular eyni yerə vurmaq haqda düşünürlər. Amma bilirdim ki, Namik böyük məsuliyyət daşıdığından qərarını dəyişməyəcək".