“Monako”nun futbolçusu Yusuf Fofana karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az “The Athletic”ə istinadən xəbər verir ki, “Nottingem Forest” 24 yaşlı futbolçu üçün 35 milyon avro təklif edib. Fofana ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Knyazlıq klubu Fofan üçün gələn rəsmi təklifləri dəyərləndirəcək.
Fransızlar onu “Nottingem Forest”ə satmağa hazırlaşır. Yusuf 2022-ci ildən Fransa millisinin formasını geyinir.
saytlarin hazirlanmasi