"Liverpul" yaponiyalını transfer etdi

18:18 - 18 Avqust 2023

"Liverpul" heyətini gücləndirib.

Sportal.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Ştutqart" və Yaponiya millisinin üzvü Vataru Endo Premyer Liqa təmsilçisi ilə anlaşıb.

“Liverpul” Endo üçün “Ştutqart”a 19 milyon avro ödəyib. 30 yaşlı futbolçu “Şonan Belmare”, “Urava”, “Sent-Trüden”də oynadıqdan sonra 2019-cu ildə “Ştutqart”a keçmişdi.

Xəbər xətti