"Neftçi" sentyabrda ölkədən kənarda təlim-məşq toplanışı keçirməyi planlaşdırır.
Premyer Liqanın 5-ci turundan sonra milli komandaların oyunları ilə əlaqədar iki həftəlik fasilə olacaq.
Sportal.az saytına verilən məlumata görə, Adrian Mutu komanda ilə bir həftəlik xaricə təlim-məşq toplanışına getmək istəyir. Toplanış vaxtı və yeri hələlik açıqlanmayıb.
Xatırladaq ki, daha əvvəl Rusiya mətbuatı sentyabrda “Neftçi”nin yenidən Sankt-Peterburqda “Zenit”lə yoldaşlıq görüşü keçirə biləcəyini yazmışdı.
saytlarin hazirlanmasi