Türkiyə Superliqasının təmsilçisi "Başakşəhər" Stefano Okaka ilə yollarını ayırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 34 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İtaliyalı forvard 2021-ci ilin sentyabrından "Udineze"dən "Başakşəhər"ə keçmişdi.
Bu vaxt ərzində Okaka Super Liqada 52 oyunda 13 qol vurub. Forvard Türkiyəyə gələnə qədər "Roma", "Fulhem", "Parma", "Anderlext", "Uotford" kimi komandalarda oynayıb.
saytlarin hazirlanmasi