"Yuventus"un sayəsində həm insan, həm də futbolçu kimi böyümüşəm"

13:55 - 19 Avqust 2023

"Roma"nın hücumçusu Paulo Dibala “Yuventus”dan necə ayrıldığını xatırlayıb.

Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan argentinalı qərar verməyin asan olmadığını bildirib:

"Yuventus"dan ayrılmaq asan olmadı. Bu, böyük zərbə oldu, çünki həmin komanda evim idi. İdeya orada qalmaq idi, amma bu futboldur da, hər an nəsə dəyişir. Mən bu kluba həmişə minnətdaram olacam. Çünki “Yuventus”un sayəsində həm insan, həm də futbolçu kimi böyümüşəm. Mən orada gözəl yeddi il keçirdim".

Xəbər xətti