"Qalatasaray"ın transfer siyahısında yer alan Şamar Nikolson İngiltərəyə köçə bilər.
Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, "Spartak"ın forvardını "Uotford" heyətinə qatmağı planlaşdırır.
Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
Moskva klubu yamaykalı forvardı icarəyə verməyə də razı olacaq. 26 yaşlı hücumçu “Domjale” və “Şarlerua”da oynadıqdan sonra 2022-ci ildə “Spartak”a keçmişdi. Rusiya klubu hücumçusunu "Qalatasaray"a satmaqdan imtina edib.
saytlarin hazirlanmasi