İran millisinin forvardı "Milan"a keçir

18:33 - 19 Avqust 2023

“Bayer”(Leverkuzen) və İran millisinin forvardı Serdar Azmun İtaliyaya yollanmağa hazırlaşır.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, iranlı hücumçu “Milan”dan təklif alıb.

O, “rossonyerlər”in heyətində oynamağı özü istəyib. Hazırda onun meneceri ilə “Milan” rəsmiləri danışıqları davam etdirir.

Forvardın İtaliya nəhənginə icarəyə yollana biləcəyi gözlənilir.

Xəbər xətti