"Qarabağ" yeni transferini açıqladı - RƏSMİ

21:03 - 19 Avqust 2023

"Qarabağ" növbəti transferi həyata keçirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Andrey Lunyovla anlaşıb.

Azərbaycan çempionu "Bayer"dən ayrıldıqdan sonra klubsuz qalan rusiyalı ilə 1+1 illik müqavilə imzalayıb.

31 yaşlı qapıçı "Torpedo"(Moskva), "Saturn", "Zenit", "Ufa" komandalarında oynayıb.

Xəbər xətti