"Beşiktaş" Türkiyə Super Liqasının 2-ci turunda doğma meydanda "Pendikspor"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, "qara qartallar"ın bu qarşılaşmada vurduğu ikinci qolu VAR qeydə almayıb. Artur Masuakunun yerinə yetirdiyi korner zamanı top meydanı tərk etdiyi üçün qol ləğv olunub.
"Beşiktaş" bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) şikayət ünvanlayıb. İstanbul təmsilçisi matçın VAR hakimlərinin danışıqlarının ictimaiyyətə açıqlanmasını tələb edir.
saytlarin hazirlanmasi