Azərbaycanın U-19 və U-21 yığmasının sabiq üzvü Ege Atlam yenidən ölkəmizə gəlib.
Sportal.az saytına verilən məlumata görə, ötən mövsüm "Araz-Naxçıvan"ın heyətində birinci divizionda oynamış yarımmüdafiəçi 2023/2024 mövsümünü Azərbaycan I Liqasında keçirəcək.
O, yeni sezondan iddialılar sırasında olacağı gözlənilən "İrəvan"la anlaşıb. Atlam artıq Bakıya gəlib və adıçəkilən klubla bir illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Atlam karyerası ərzində "Bayrampaşaspor", "Çatalcaspor" klublarında oynayıb.
saytlarin hazirlanmasi