Mikels: "Məni günahkar göstərmək, şəkillərimi stadiondan yığışdırmaq zəiflik əlamətidir"

11:39 - 23 Avqust 2023

Səudiyyə Ərəbistanının “Əl-Faysalı” klubuna keçən “Sabah”ın sabiq hücumçusu Coy-Lans Mikkels Masazır klubu ilə vidalaşıb.

Sportal.az xəbər verir ki, almaniyalı forvard instaqram hesabında Masazır klubu ilə bağlı bunları yazıb:

"Təəssüf ki, bu baş verdi. Hər zaman vidalaşmaq çətindir. Çox enerji verdiyim klubda iki ildən sonra klubda heç də hamı mənim addımımı birmənalı qarşılamadı.Mən hamının bildiyi iki nəfələr mübarizə aparmaq fikrində deyiləm. Məni günahkar göstərmək, şəkillərimi stadiondan yığışdırmaq, sanki bu klubda heç vaxt olmamışam kimi göstərmək zəiflik əlamətidir. Komanda yoldaşlarımla və sevimli “Sabah” ailəmlə vidalaşmağıma icazə verilmədi.Nə olursa olsun, Azərbaycan mənim ikinci vətənimdir, sizin üçün darıxacam. Bunlar karyeramın ən yaxşı iki mövsümü idi. Dostlar qazandım, özümə qarşı səmimi münasibət gördüm. Hamınıza təşəkkür edirəm. “Sabah”ı ömrüm boyu xatırlayacam. Allah qoysa, yenə görüşəcəyik”.

Xəbər xətti