Rayan Qravenberh "Bavariya"dan ayrılmaq istəyir.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçi stabil olaraq oyun praktikası əldə etmək istəyir və buna görə də Münhen təmsilçisini tərk edəcək.
Qravenberhlə "Liverpul", "Mançester Yunayted" və "Qalatasaray" klubları maraqlanır.
21 yaşlı futbolçu “Ayaks”ın yetirməsidir və 2022-ci ildə “Bavariya”ya keçmişdi.
saytlarin hazirlanmasi