"Mançester Siti"nin futbolçusu Joao Kanselo "Barselona"ya keçməyə hazırlaşır.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçi Kataloniya klubuna icarəyə göndəriləcək.
Tərəflər arasında ilkin razılıq əldə edilib. Kanselo 2023/2024 mövsümünü "Barsa"da keçirəcək.
Portuqaliya millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında "Bavariya"da oynayıb. Futbolçunun Mançester təmsilçisi ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi