Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ferdi Kadıoğlu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı sol cinah müdafiəçisinin sol ayaq əzələsində zədə aşkarlanıb.
Türkiyə millisinin üzvü Super Liqada "Ankaragücü", Avropa Liqasında isə "Tvente" ilə matçda komandaya kömək edə bilməyəcək. O, milli komandaların oyunlarına görə çempionatlarda verilən fasilədən sonra yaşıl meydanlara qayıda biləcək.
saytlarin hazirlanmasi