"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba komandasının A Seriyasının 2-ci turunda “Bolonya”ya qarşı keçirdikləri oyundan (1:1) danışıb.
Sportal.az xəbər verir ki, “DAZN”a açıqlama verən fransalı qalib gələ bilməməklərinə görə məyus olub:
"Uzun müddətdən sonra meydana qayıtdığım və sevdiyim işlə məşğul olduğum üçün çox şadam. Komandaya kömək etmək üçün buradayam. Xoşbəxtəm, amma nəticəyə görə bir az məyus oldum. Üç xal qazana bilərdik. Yaxşı ki, uduzmadıq. Daha çox öyrənməliyik".
saytlarin hazirlanmasi