İspaniya Primerosunun 3-cü turunda "Vilyarreal"la qarşılaşmada (4:3) "Barselona"nın futbolçusu Lamin Yamal məhsuldar ötürmə edərək rekorda imza atıb.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, Qavinin qol vurmasına yardımçı olan Yamal bunula da, 21-ci əsrdə Primeroda məhsuldar ötürmə edən ən gənc kimi tarixə keçib.
Oyun günü adıçəkilən futbolçu 16 yaş 45 günlüyündə olub. Əvvəlki rekord isə 2019-cu ildə 16 yaş 318 gündə olan "Barselona"nın digər futbolçusu Ansu Fatiyə aid idi.