Türkiyə Super Liqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Başakşehir" Emre Belözoğlu ilə yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Başakşehir" Super Liqada keçirdiyi dörd oyunun hamısında məğlub olub.
Qeyd edək ki, Emre Belözoğlu 2021-ci ilin sentyabr ayından Super Liqa təmsilçisini çalışdırırdı.
saytlarin hazirlanmasi