Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Qaziantep" Erdal Güneşlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Komanda Super Liqada keçirdiyi 4 oyunun hamısında uduzub.
"Qaziantep"ın yeni baş məşqçisi də artıq məlumdur. "Qırmızı-qaralar"ı Marius Şumidika çalışdıracaq. Rumıniyalı mütəxəssis sabiq komandasına qayıdıb.
Qeyd edək ki, Marius Şumidika Türkiyədə "Qaziantep"lə yanaşı "Kayserispor", "Rizespor" və "Yeni Malatyaspor"da işləyib.
saytlarin hazirlanmasi