Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Artur Masuaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu Avropa Konfrans Liqası qrup mərhələsinin ikinci turunun "Luqano" ilə oyununda (2:3) əzələsindən zədə alıb. Konqolu sol sinah müdafiəçisinin müalicəsinə başlanılıb.
Qeyd edək ki, Artur Masuaku cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi