Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "qara qartallar"ın futbolçusu Salih Uçan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi Super Liqanın 8-ci turunun "İstanbulspor"la matçında (2:0) əzələsindən zədə alıb. Təcrübəli oyunçunun müalicəsinə başlanılıb.
Türkiyə millisinin üzvü 21 oktyabr tarixində Super Liqanın 9-cu turu çərçivəsində "Qalatasaray"la keçiriləcək derbi oyununu buraxacaq.
Qeyd edək ki, Salih Uçan cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi