Türkiyə Super Liqasında mövsümün 8-ci baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Pendikspor" Osman Özköylünü istefaya göndərib. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Osman Özköylü 2021-ci ilin oktyabr ayından "Pendikspor"u çalışdırırdı. İstanbul təmsilçisi onun rəhbərliyi altında II və I liqada çempionluq yaşayaraq Super Liqaya yüksəlib.
Komanda Super Liqada 8 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi