Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" klublarının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, hər iki komandanın futbolçuları Qana milli komandasının düşərgəsində zədələnib.
"Beşiktaş"ın müdafiəçisi Daniel Amarti və "Fənərbaxça"nın oyunçusu Aleksander Ciku zədə səbəbindən yığmanın toplanışını tərk ediblər.
Qeyd edək ki, Qana yığması oktyabrın 15-də Meksika, 18-də isə ABŞ seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
saytlarin hazirlanmasi