Türkiyə Super Kubok matçının Səudiyyə Ərəbistanında keçiriləcəyi tənqidlərə səbəb olub.
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məsələ ilə bağlı açıqlama verib. O, maddi səbəblərə görə oyunun Asiyada keçiriləcəyini bildirib:
"Super Kubok matçının niyə Səudiyyə Ərəbistanında keçiriləcəyini soruşurlar. Öcə klublarımızla danışdıq, istəyirik dedilər. Biz də bundan sonra danışıqlara başladıq. Hazırda Səudiyyə Ərəbistanında oyun keçirmək sadəcə maddi olaraq deyil, imic üçün də çox dəyərlidir. Neymar, Ronaldo və bir çox ulduzlar orada oynayır. Biz Super Kubok oyununu Almaniyada keçirmək istədik. Almaniya təhlükəsizlik səbəbindən matçın təşkil olunmasına icazə vermədi. İngiltərədə keçirək dedik, yeni eyni vəziyyət. Azərbaycan "gəlin, bizdə oynayın" deyir, amma orada da pul yoxdur".
Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda görüşdə "Qalatasaray" və "Fənərbaxça" üz-üzə gələcək. Qarşılaşmanın dəqiq tarixi məlum deyil.
saytlarin hazirlanmasi