Türkiyənin "Trabzonspor" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisinin yarımmüdafiəçisi Anastasios Bakasetas sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu Yunanıstan millisinin Avro-2024-ün seçmə mərhələsinin Niderlandla matçında (0:1) zədələnib. Təcrübəli oyunçunun əzələsində yırtıq aşkarlanıb. O, bir müddət komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki Anastasios Bakasetas cari mövsümdə "Trabzonspor"un heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi