"Qalatasaray" Türkiyə Super Liqasının 9-cu turunda doğma meydanda "Beşiktaş"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"a İstanbul derbisi öncəsi Hakim Ziyeşdən sevindirici xəbər gəlib. Mərakeşli vinger zədəsini sağaldıb və bu gün komanda ilə birlikdə məşqdə iştirak edib.
Baş məşqçi Okan Buruk şans verəcəyi təqdirdə, 30 yaşlı futbolçu qarşılaşmada meydana çıxacaq.
Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" qarşılaşması 24 oktyabr tarixində Bakı vaxtilə saat 20:00-da baş tutacaq.
saytlarin hazirlanmasi