"Fənərbaxça" Türkiyə Super Liqasının 9-cu turunda doğma meydanda "Hatayspor"la qarşılaşacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi İsmail Kartal matçdan öncə futbolçuları ilə söhbət edib. 62 yaşlı mütəxəssis rəqibin təhlükəli oyunçuları haqda məlumat verib.
Kartal "Hatayspor"da Renat Dadaşov, Fiyaso Dele-Başiru və Riqoberto Rivasın ölkələrinin milli komandalarında çıxış etdiyini və mövsümə yaxşı start verdiklərini bildirib. Təcrübəli məşqçi bu futbolçuların meydanda ciddi nəzarətdə saxlanılmasını tapşırıb.
Qeyd edək ki, "Fənərbaxça" - "Hatayspor" qarşılaşması oktyabrın 22-də Bakı vaxtilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi