Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Konyaspor" Aleksandar Stanoyeviçlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Aleksandar Stanoyeviç bu ilin yanvar ayından "Konyaspor"u çalışdırırdı. "Ağ-yaşıllar" Super Liqada 9 turdan sonra 9 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi